Kremldən Baydenin ittihamlarına cavab:

Kremldən Baydenin ittihamlarına cavab: "Bunu edən Rusiya deyil"

Hazırda oxunan: Kremldən Baydenin ittihamlarına cavab: "Bunu edən Rusiya deyil"

190066

Kreml Baydenin Rusiyanı ksenofobiyada ittiham etməsinə cavab verib.

Bizim.Media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu bəyanat (Baydenin bəyanatı) reallığın tam əksini əks etdirir.

"Öz şirkətlərini kimsə ilə əlaqədən imtina etməyə məcbur edən Rusiyamı? Bəzən bəzi şirkətlərə qarşı sırf milliyyət meyarını rəhbər tutaraq tamamilə qanqster məhdudiyyətləri tətbiq edən Rusiyamı? Üçüncü ölkələri konkret ölkənin şirkətləri ilə əlaqə saxlamamağa inandırmaq üçün onlara həyasız təzyiqlər, qanunsuz təzyiqlər edən Rusiyamı? Bütün dünyada konkret millətdən, konkret vətəndaşlıqdan olan insanları təqib edən Rusiyamı? Xeyr, bunu edən Rusiya deyil, tamamilə fərqli bir ölkədir", deyə Kremlin sözçüsü qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO