Dünyada ilk robot stüardessa Dubayda nümayiş olunacaq

Dünyada ilk robot stüardessa Dubayda nümayiş olunacaq

Hazırda oxunan: Dünyada ilk robot stüardessa Dubayda nümayiş olunacaq
189657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qatar Airways” aviaşirkəti Dubayda süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyada ilk insanabənzər stüardessa nümayiş etdirəcək.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, robot stüardessaya “Arabian Travel Market” beynəlxalq turizm sərgisində rast gəlmək olar.

Sama 2.0 robot stüardessa real vaxt rejimində suallara cavab verir, səyahətçilərə səfəri planlaşdırmağa kömək edir, eləcə də aviaşirkətin fəaliyyəti barədə tez-tez verilən suallara cavablandırır.

Sərginin ziyarətçiləri, həmçinin Sama 2.0 ilə aviaşirkətin “QVerse” rəqəmsal platforması və onun tətbiqi vasitəsilə virtual şəkildə qarşılıqlı əlaqə yarada bilər.

Cari ildə “Arabian Travel Market” (ATM) mayın 6-dan 9-dək Beynəlxalq ticarət mərkəzində keçiriləcək Yaxın Şərqdə daxili və xarici turizm sahəsində ən böyük biznes-sərgidir.

Sərgini hər il turizm şirkətlərinin nümayəndələri, hökumət adamları, jurnalistlər və bloqerlər ziyarət edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO