Xarkov vilayətinin 47 yaşayış məntəqəsindən əhali məcburi təxliyə olunacaq

Xarkov vilayətinin 47 yaşayış məntəqəsindən əhali məcburi təxliyə olunacaq

Hazırda oxunan: Xarkov vilayətinin 47 yaşayış məntəqəsindən əhali məcburi təxliyə olunacaq
186766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarkov vilayətində uşaqlı ailələr Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsindən məcburi şəkildə təxliyə olunacaq.

Bizim.Media  xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb.

Onun sözlərinə görə, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib.

"Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya Federasiyası ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bizdə olan məlumata görə, müəyyən yaşayış məntəqələrində 182 uşaq yaşayır", - deyə Sinegubov bildirib.

O qeyd edib ki, təxliyənin Xarkov şəhərinə aidiyyəti yoxdur.

Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO