Trampın adı dünyanın ən varlı adamları siyahısından çıxarıldı

Hazırda oxunan: Trampın adı dünyanın ən varlı adamları siyahısından çıxarıldı

186749

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının qarşıdan gələn seçkidə namizədi Donald Tramp dünyanın 500 ən varlı adamı siyahısından çıxıb.

Bizim.Media “Lenta.ru” saytına istinadən xəbər verir ki, bunu “Bloomberg Billionaires Index” (BBI) məlumatları sübut edib.

Ekspertlər hesab edirlər ki, sərvətin bir hissəsinin itirilməsinə səbəb “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media & Technology Group Corp” (TMTG) şirkətinin uğursuzluğu olub. Ayın əvvəlindən şirkətin kapitallaşması azalıb.

Aprelin 10-da keçirilən ticarətin sonunda səhmlər dəyərinin 8,57 faizini itirib. Nəticədə siyasətçi və iş adamının sərvəti 4,6 milyard dollara çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO