Türkiyədə sərnişin avtobusu yandı - FOTO

Hazırda oxunan: Türkiyədə sərnişin avtobusu yandı - FOTO

186339

İstanbul-İzmir magistral yolunda hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən Bursa vilayətindəki Orhangazi tunelinin girişində yanıb.

Bizim.Media xəbər verir ki, alov qısa müddətdə bütün avtobusa yayılıb, 39 sərnişin dərhal təxliyə edilib.

Tüstüdən zəhərlənən 3 sərnişinə yerində tibbi yardım göstərilib. Ümumilikdə 16 sərnişin yaxınlıqdakı xəstəxanaya göndərilib. Onların həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar. Avtobus yararsız hala düşüb, İstanbul-İzmir yolu bir müddət bağlı qalıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO