İsrail ordusu İranın Dəməşqdəki konsulluğunun yerləşdiyi əraziyə raket hücumu edib - FOTO/VİDEO 

İsrail ordusu İranın Dəməşqdəki konsulluğunun yerləşdiyi əraziyə raket hücumu edib - FOTO/VİDEO 

Hazırda oxunan: İsrail ordusu İranın Dəməşqdəki konsulluğunun yerləşdiyi əraziyə raket hücumu edib - FOTO/VİDEO 

185190

İsrail müdafiə qüvvələri (İDF) İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.

Bizim.Media xəbır verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Təhlükəsizlik orqanlarının məlumatına görə, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

İranın Əl-Aləm telekanalı xəbər verir ki, konsulluq binası İsrailin endirdiyi zərbə nəticəsində tamamilə dağılıb. İranın Dəməşqdəki səfiri xəsarət almayıb.
Məsələ ilə bağlı hələlik nə İsrail nə də İran tərəfindən rəsmi məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində İran səfirliyi və konsulluğunun yerləşdiyi və İİKK-dan olan iranlı hərbi müşavirlərin yaşadığı Mezze məhəlləsinə hava hücumu təşkil etdiyi barədə məlumat yayılmışdı.İddialara görə, Suriyadakı hava hücumunun hədəfi İran səfirinin Dəməşqdəki iqamətgahı və diplomatik missiyanın yerləşdiyi bina olub.
 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO