Avropa İttifaqı Rusiyadakı terror aktını pisləyib

Avropa İttifaqı Rusiyadakı terror aktını pisləyib

Hazırda oxunan: Avropa İttifaqı Rusiyadakı terror aktını pisləyib

183815

Avropa İttifaqı Rusiyanın Moskva vilayətində konsert zalında baş vermiş terror aktını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano sosial şəbəkədə bildirib.

“Aİ Moskvada “Krokus siti holl” binasında terror aktı ilə bağlı xəbərlərdən şokdadır və dəhşətə gəlib. Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir”, – o qeyd edib.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO