Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə BAŞLADI

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə BAŞLADI

Hazırda oxunan: Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə BAŞLADI
182006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. 

Bizim.Media xəbər verir ki, "Azərbaycan müəllimi" qəzetinin məlumatına görə, o, bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb. 

Qeyd edək ki, Röya Talıbova 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.
Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO