“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO

“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO

Hazırda oxunan: “YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO
178781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“YouTube”un keçmiş rəhbəri Syuzan Voycitskinin 19 yaşlı oğlu Marko Troper yataqxanada ölü tapılıb.

Bizim.Media oxu.az saytına istinadən xəbər verir ki, gəncin nənəsi Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir.

“Sevimli nəvəm 19 yaşlı Marko Troper dünən dünyasını dəyişdi. Ailəmiz ağlasığmaz dərəcədə sarsılıb”, - Ester sosial şəbəkədə yazıb.

“Dəqiq bildiyimiz bir şey var: buna səbəb narkotik idi”, - Troperin nənəsi bildirib.

Lakin gəncin təhsil aldığı Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Canet Gilmor narkotik ilə bağlı məlumatı təsdiqləməyib. O, bu cür ifadə vermək üçün toksikologiya ekspertinin rəyini gözləmək lazım olduğunu qeyd edib.

Troperi məktəb müəllimləri və universitet professorları həvəsli riyaziyyatçı, kompüter alimi və dahi kimi təsvir edirlər. Troperin anası oğlunun ölümü ilə bağlı açıqlama verməyib.

“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO - foto 1
“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO - foto 2
“YouTube”un keçmiş rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO