ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq

ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq

Hazırda oxunan: ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq

164000
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə təyin etdiyi Reks Tillerson əvvəlki iş yerindən ”“ “ExxonMobil”x9d şirkətindən 180 mln. dollar alacaq. Bu barədə “Report”x9d xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, R.Tillerson bundan əvvəl ABŞ-ın və dünyanın aparıcı neft şirkətlərindən biri olan “Exxon Mobil”x9din Direktorlar Şurasının (DŞ) sədri olub. O, dövlət işinə keçməsi ilə əlaqədar şirkətdəki vəzifəsindən istefa verib və 41 illik iş yerindən ayrılıb.xa0

“ExxonMobil”x9din R.Tillersona ödəmək istədəyi məbləğ vaxtilə ona pensiya çıxacağı halda vəd edilmiş məbləğdən cəmi 7 mln. dollar azdır. Bu arada sabiq DŞ sədri həmçinin yaxın 3 il ərzində ona ödənilməsi nəzərdə tutulan 4,1 mln. dollar bonusdan imtina edib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO