HƏMAS 100 israillini qaçırıb

HƏMAS 100 israillini qaçırıb

Hazırda oxunan: HƏMAS 100 israillini qaçırıb

158868

Fələstinin HƏMAS hərəkatının yaraqlıları mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 israillini qaçırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

"300-dən çox israilli öldürülüb, 1800-dən çox yaralanıb, 5000-dən çox raket atılıb, 100 mülki şəxs və hərbçi qaçırılıb", - diplomatik nümayəndəliyin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, İsrail hakimiyyəti Misirdən vasitəçi kimi çıxış etməyi və HƏMAS yaraqlıları tərəfindən əsir götürülən israillilərin azad edilməsinə köməklik göstərməyi xahiş edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO