
- A-
- A
- A+
Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi
Yaponiyanın cənub-şərqində Sakit okeanın İzu arxipelaqının cənubunda 6,6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
“6,6 bal gücündə zəlzələnin episentri Torişima adası yaxınlığında baş verib. Yaponiya Meteorologiya İdarəsi İzu arxipelaqı üçün sunami xəbərdarlığı elan edib”, - deyə telekanal bildirib.
Zəlzələnin saat 11:00-da (Bakı vaxtı ilə saat 06:00) baş verdiyi, episentrinin 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Gözlənilən sunami dalğasının hündürlüyü bir metrə qədərdir və o, yaxın saatlarda ərzində İzu adalarına yaxınlaşacaq. Hakimiyyət insanları sahildən uzaq durmağa çağırıb.
İzu arxipelaqının əhalisi təxminən 25 min nəfərdir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































