Putin Priqojinin dəfnində iştirak edəcək?

Putin Priqojinin dəfnində iştirak edəcək?

Hazırda oxunan: Putin Priqojinin dəfnində iştirak edəcək?

152801

“Rusiya prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Kremlin Priqojinin dəfni ilə bağlı konkret məlumatı yoxdur:  

“Prezidentin dəfn mərasimində iştirakı gözlənilmir. Konkret olaraq, dəfnlə bağlı məlumatımız yoxdur, qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”. 

Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO