Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə VERİLDİ

Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə VERİLDİ

Hazırda oxunan: Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə VERİLDİ

149161

Həmvətənimiz, tanınmış həkim Rauf Şahbazov bu gündən etibarən Albany Tibb Mərkəzində (ABŞ, Nyu-York) Transplantasiya cərrahiyyəsi şöbəsinin rəhbəri kimi fəaliyyətə başlayır. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, tibb üzrə fəlsəfə doktoru Rauf Şahbazov Albany Tibb Mərkəzinin Transplant cərrahiyyəsi şöbəsinin ilk rəhbəri və Nil Lempert adına Cərrahiyyə departamentinin sədri təyin edilib. Dr. Rauf Şahbazov bu təyinata qədər Nyu-York ştatının Sirakuza şəhərində Upstate Tibb Universitetinin “Canlı donor böyrək transplantasiyası proqramı”nın direktoru, “Pankreas transplantasiyası proqramı”nın cərrahi direktoru və “Robotik cərrahiyyə proqramı”nın direktoru vəzifələrində çalışıb. R.Şahbazov transplantasiya və hərtərəfli qayğıya çıxış imkanlarını genişləndirməyi və Albany Tibb Mərkəzinin təhsil və tədqiqat missiyalarını daha da inkişaf etdirməyi planlaşdırdığını bildirib. 

O, Azərbaycan Tibb Universitetində təhsil alıb, daha sonra 5 saylı Klinik Xəstəxanada ümumi cərrahiyyə üzrə rezidentura təhsilini tamamlayıb.

Şarlottesville şəhərindəki Virciniya Tibb Mərkəzində transplantasiya cərrahiyyəsi üzrə təqaüd, Dallasdakı Baylor Transplant İnstitutunda transplantasiya üzrə tədqiqat təqaüdü və Türkiyənin Başkent Universitetində transplantasiya əməliyyatı üzrə təqaüd kursunu bitirib. O, Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Faysal Xəstəxanasında çalışıb. Dr. Rauf Şahbazov Amerika Cərrahlar Kollecinin və Avropa Cərrahiyyə Şurasının üzvü, həmçinin Amerika Transplant Cərrahlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür.

O, elmi jurnallarda onlarla nəşrin müəllifi və ya həmmüəllifi olub, “Transplantasiya cərrahiyyəsi” kitabında canlı donor qaraciyər transplantasiyası haqqında fəslin müəllifi olub. İngilis, Azərbaycan, ərəb, rus və türk dillərini mükəmməl bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO