"Putin Krım körpüsü ilə bağlı iclas keçirəcək" - Peskov 

Hazırda oxunan: "Putin Krım körpüsü ilə bağlı iclas keçirəcək" - Peskov 

146629

Rusiya Prezidenti Vladimir Putin yerli vaxtla saat 19:00-da Krım körpüsü ətrafında vəziyyətlə bağlı iclas keçirəcək. 

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov məlumat verib. 

Onun sözlərinə görə, hazırda V.Putinin tapşırığı ilə Rusiya Baş nazirinin müavini Marat Xusnullin regiona səfərə yollanıb. 

D.Peskov qeyd edib ki, Rusiya dövlət başçısı Aerokosmik Qüvvələrin hesabatından sonra müşavirə keçirəcək və Marat Xusnullin vəziyyətlə bağlı yerindəcə məlumat verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO