Xodorkovski: "Heç kim Putini müdafiə etmək fikrində deyil" - VİDEO

Hazırda oxunan: Xodorkovski: "Heç kim Putini müdafiə etmək fikrində deyil" - VİDEO

143691

Rusiyalı iş adamı Mixail Xodorkovski Priqojinin üsyanını niyə dəstəklədiyini izah edib. Onun sözlərinə görə, hakimiyyəti ələ keçirmək üçün silaha sarılmaq lazımdır.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Yol xəritəsi" proqramında danışıb.

“Putinin aşpazı” nə dost, nə də müttəfiqdir, Putin kimi banditdir. Amma o, çıxışı ilə Putin rejimini sarsıtdı. Belə bir məqamda bu rejim yıxıla bilərdi. Baxmayaraq ki, qan töküləcəkdi. Diktatoru devirməyin bütün digər yolları işləmir, bu artıq sınaqdan keçirilib", deyə o, qeyd edib.

Xodorkovski hesab edir ki, üsyan heç kimin bəyənmədiyi cinayətkar tərəfindən başlasa da Putindən qurtulmaq üçün real fürsət yaratdı.

Onun fikrincə, bu, sonuncu cəhd deyil:

"Priqojinin yürüşü göstərdi ki, heç kim Putini ciddi şəkildə müdafiə etmək fikrində deyil, onun aktiv dəstəyi yoxdur. Gec-tez kimsə yenidən cəhd edəcək və biz buna hazır olmalıyıq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO