Ərdoğan qonaqların siyahısında Paşinyanın adını çəkməyib

Ərdoğan qonaqların siyahısında Paşinyanın adını çəkməyib

Hazırda oxunan: Ərdoğan qonaqların siyahısında Paşinyanın adını çəkməyib

139640

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində iştirak edən digər dövlət və hökumət başçılarının siyahısını sadalayarkən Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkməyib. Bu barədə TASS agentliyinin Türkiyədəki müxbiri də material hazırlayıb. 

Onun sözlərinə görə, Ərdoğan bir sıra ölkələrin prezidentlərinə, hökumət başçılarına, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistan liderlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, Afrika dövlətlərinin rəhbərlərinə minnətdarlığını bildirib.  

Bizim.Media xatırladır ki, bu zaman Türkiyənin TRT dövlət televiziyası qonaqları göstərib və kadrda Paşinyan görünüb.

Bundan sonra o, bəzi siyasi xadimlərə, eləcə də prezidentliyə keçmiş namizəd Sinan Oğana müraciət etsə də yenə də Paşinyanın adını çəkməyib.

Ərdoğan qeyd edib ki, bütün qonaqları sadalamaq üçün kifayət qədər vaxt yoxdur:

“Vaxtımız bir az azdır, hamınızla şam yeməyində danışmaq şansımız olacaq”.

Yeri gəlmişkən, bu olay ermənilərə məxsus Telegram kanallarında geniş müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO