Türkiyədə seçkilərə 500 mindən çox təhlükəsizlik işçisi cəlb edilib

Hazırda oxunan: Türkiyədə seçkilərə 500 mindən çox təhlükəsizlik işçisi cəlb edilib

138363

Türkiyədə bugün keçirilən prezident seçkilərinin ikinci turunda ölkədə təhlükəsizliyin təmin edilməsi üçün 596 min 765 təhlükəsizlik işçisi cəlb edilib.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, ölkədə 73 helikopter, 8 təyyarə, 61 PUA, 754 TOMA və 244 kater-gəmi xidmətə hazır vəziyyətdə saxlanılıb.

Bununla yanaşı, sosial media platformaları vasitəsilə mümkün dezinformasiyaların və təxribat xarakterli yazıların monitorinqi məqsədilə “kibercinayətkarlıqla mübarizə qrupları” təyin edilib.

Sosial şəbəkələrdə cinayət tərkibi olan paylaşımlar edən şəxslər barəsində dərhal məhkəmə işi başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO