
- A-
- A
- A+
Belarusun iri istehsalat müəssisələri və universitetləri etirazçılara qoşuldu - FOTO
Oktyabrın 26-da səhər saatlarında Belarusun böyük zavodlarında etiraz aksiyaları və tətillər başlayıb. Təhlükəsizlik işçiləri müəssisələrin yaxınlığında növbətçilik ediblər.
Bizim.Media Tut.by qəzetinə istinadən bildirir ki, “Atlanta” soyuducu zavodunda və Minsk Traktor Zavodunda işçilər etiraz aksiyalarına başlayıblar. Nümayişi “Belkommunmaş” zavodunun mühəndisləri təşkil ediblər.
Minsk Elektrotexnika Zavodunun və Minsk Avtomobil Zavodunun döymə emalatxanasının əsas şöbələrinin işi dayandırılıb. "Qrodno Azot"un işçiləri müəssisə ətrafında toplaşıblar.
Bir qədər əvvəl isə Belarusun bəzi universitetləri də etiraza qoşulublar. Tələbələr tətil edən dövlət müəssisələrində çalışan işçiləri dəstəkləyiblər.
Xatırladaq ki, avqust ayında Belarusda Lukaşenkonun 6-cı dəfə prezident seçkilərində qələbəsindən sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































