Fransada aksiyalar yenidən başladı - 13 min polis səfərbər olunub

Fransada aksiyalar yenidən başladı - 13 min polis səfərbər olunub

Hazırda oxunan: Fransada aksiyalar yenidən başladı - 13 min polis səfərbər olunub
127661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada pensiya sisteminin dəyişdirilməsindən narazı olanlar yenidən küçə və meydanlara çıxıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mitinqlər ölkənin bütün ərazisində keçirilir.

Hüquq-mühafizə orqanları Lion şəhərindəki aksiyalarda iğtişaş törədilə biləcəyi barədə xəbərdarlıq edib.

Paytaxt Parisdə və digər şəhərlərdə 13 min polis və jandarma əməkdaşı asayişi qorumaq üçün səfərbər edilib.

Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born ölkə konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndini işə salaraq pensiya islahatı barədə qanun layihəsini Milli Assambleyada (parlamentin aşağı palatası) səsverməyə çıxarmadan qəbul etdirib.

Bundan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazçıları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.

Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib.

Aksiyalarda indiyə qədər 500-ə yaxın adam həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO