Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO

Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO

Hazırda oxunan: Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO
122696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Zəlzələdə iki bacımı, hər ikisinin həyat yoldaşlarını və hərəsinin iki uşağını itirdik. Meyitləri tapıb dəfn etdik. Ancaq burada tapılmayan meyitlər də var. Bir dostumun qardaşının ailəsi 6 nəfərdən ibarət idi. Yaşadıqları bina tamamilə dağılmışdı. Həmin dağıntılar qazılıb aradan qaldırılsa da meyitlər tapılmadı. Çox güman ki, onların da meyiti kimsəsizlər qəbristanlığında dəfn olunub".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə zəlzələsində zərəkçəkən Ahmet Başpınar deyib.

O da ailəsi və xəstə anası ilə çadırda yaşamağa məcburdur. Ahmet kimsəsiz qəbristanlığından söz açıb deyir ki, orada kimliyi məlum olmayan və bütün qohumları vəfat edən insanları dəfn edirlər: 

"Tapılan meyitlər şəhər mərkəzindən kənarda yerləşən qərargaha aparılır. Hüquq müdafiə orqanları meyitlərin şəkillərini çəkib kimliyini məlum etməyə çalışır. Məlum olmayanlar, yəni tanınmaz halda olanlar, bir də bütün qohumları həlak olanlar kimsəsizlər qəbristanlığında dəfn edilir", - deyə o, əlavə edib.
Kimsəsizlər qəbristanlığı Türkiyənin zəlzələ baş verən bütün şəhərlərində var. Həyat davam edir. Gələcəkdə isə bu məzarlıq hər kəsin ziyarətgahı, təsəlli yeri olacaq. 

Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO - foto 1
Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO - foto 2
Kahramanmaraşdan reportaj: “Zəlzələdə iki bacımı itirdim” - FOTO - foto 3

Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO