Blinkendən Türkiyədəki zəlzələnin fəsadları ilə bağlı AÇIQLAMA

Blinkendən Türkiyədəki zəlzələnin fəsadları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Blinkendən Türkiyədəki zəlzələnin fəsadları ilə bağlı AÇIQLAMA
121375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Türkiyədəki zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür".

Bizim.Media NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken xarici işlər naziri Mövlud Çavuşoğlu ilə zəlzələ bölgəsini helikopterlə izləyən zaman deyib.

O, ABŞ-ın xilasetmə və yardım səyləri üçün əlindən gələni etməyə qərarlı olduğunu bildirib.

Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.

Fevralın 19-da ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO