“Qladiator 2” filminin çəkilişləri dayandırıldı

“Qladiator 2” filminin çəkilişləri dayandırıldı

Hazırda oxunan: “Qladiator 2” filminin çəkilişləri dayandırıldı
116773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hollivudun sevilən ekran əsərlərindən olan "Qladiator" filminin ikinci bölümünün çəkilişləri baş rolun ifaçısı Pol Meskalın teatrdakı tamaşada rol üzərində işlərinə görə təxirə salınıb.

Bizim.Media kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin prodüserləri aktyoru itirməmək üçün çəkilişləri iki həftəlik təxirə salmağı qərarlaşdırıblar.

Çəkilişləri başlanan “Qladiator 2” ekran əsəri Rassel Krounun baş rolda oynadığı və 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş Ridli Skotun “Qladiator” tarixi dramının davamıdır.
"Qladiator" öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Filmin ikinci bölümünün də rejissoru Ridli Skot olacaq və baş rolda Pol Meskal çəkiləcək.

Qeyd edək ki, rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi.

Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO