SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir - FOTO

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir - FOTO

Hazırda oxunan: SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir - FOTO
114877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir. 

Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əməliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb.

O, özünün “Facebook” səhifəsində polis əməkdaşlarının, xilasedicilərin, həkimlərin və ehtiyacı olan hər kəsin dağılmış evin yaxınlığındakı SOCAR yanacaqdoldurma məntəqəsində dincələ və pulsuz yemək ala biləcəklərini yazıb.
Qeyd edək ki, yanvarın 14-də Dnepr şəhərindəki yaşayış binasına raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, 71 nəfər yaralanıb.

Bizim.Media

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir - FOTO - foto 1


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO