Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır - Macarıstanın XİN rəhbəri

Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır - Macarıstanın XİN rəhbəri

Hazırda oxunan: Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır - Macarıstanın XİN rəhbəri
11240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Rəsmi Budapeşt Ankara ilə əlaqələrə xüsusi önəm verir".

Bizim.Media “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunları Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyyarto Ankarada Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varankla görüşdə deyib.

Macar nazirin sözlərinə görə, Türkiyə Avropanın təhlükəsizliyinə töhfə verən miqrasiya və energetika sahələrində xüsusi rol oynayır.

"Türkiyə və Macarıstan arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Rəsmi Budapeşt və Ankaranın dialoqu hər iki tərəf üçün qarşılıqlı ehtirama və faydaya əsaslanır", - Siyyarto qeyd edib.

Mustafa Varank öz növbəsində cari il Ankara ilə Avropa İttifaqının münasibətlərində etimadın bərpası dövrü olacağına ümidini ifadə edib.

Türkiyənin Sənaye və Texnologiyalar naziri rəsmi Budapeştin Ankara ilə əlaqələrin dərinləşməsinə sərmayədarların marağını yüksəltməyə çalışan mövqeyini yüksək qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO