ABŞ və NATO-dan Rusiya ilə sülh danışıqları ilə bağlı BƏYANAT 

ABŞ və NATO-dan Rusiya ilə sülh danışıqları ilə bağlı BƏYANAT 

Hazırda oxunan: ABŞ və NATO-dan Rusiya ilə sülh danışıqları ilə bağlı BƏYANAT 
103198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ və NATO Kiyevin həm strateji, həm də diplomatik əhəmiyyəti olan Xersonu geri alacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarının başlamasını mümkün hesab edir. 

Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb. 

Bildirilib ki, Vaşinqton bu məsələdə Brüssel və müttəfiqləri ilə daim əlaqədədir və Ukrayna hakimiyyətini də bu düşüncəyə sövq edir. 

Nəşrin yazdığına görə, Vaşinqton və NATO-nun Kiyevə pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə raketlərinin partiyasının göndərilməsini təsdiqləmələri təsadüfi deyil:

"Əsas müddəa ondan ibarətdir ki, dənizə çıxış və su ehtiyatlarına nəzarət baxımından strateji məqsəd olan Xersonun geri qaytarılması münaqişənin gedişatını dəyişə bilər və onun azad edilməsindən sonra güclü mövqedən danışıqlara başlamaq olar".

Qəzet iddia edir ki, Ağ Ev ilk dəfə belə bir konkret ssenari təklif etməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO