Şəkidə 7 avtomobil toqquşdu - Keçmiş baş həkim xəsarət alıb - VİDEO

Şəkidə 7 avtomobil toqquşdu - Keçmiş baş həkim xəsarət alıb - VİDEO

Hazırda oxunan: Şəkidə 7 avtomobil toqquşdu - Keçmiş baş həkim xəsarət alıb - VİDEO
99905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhərində zəncirvari yol qəzası baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 10-OU-155 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə Şəki sakini Akif Əsədullayevin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
Daha sonra “Mercedes” idarəetmədən çıxaraq yol kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, “Nissan” markalı avtomobilin sürücüsü Akif Əsədullayev və daha bir sürücü bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı xəsarət alan A.Əsədullayev uzun müddət Şəki Psixiatriya Xəstəxanasının baş həkimi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO