Kürdəmirdə DƏHŞƏT - Kişi arvadına 20 bıçaq zərbəsi vurub

Kürdəmirdə DƏHŞƏT - Kişi arvadına 20 bıçaq zərbəsi vurub

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT - Kişi arvadına 20 bıçaq zərbəsi vurub
97110
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov həyat yoldaşına 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlər üzərində cərrahiyə əməliyyatı aparılan yaralı qadının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO