Bakıda V Robot Olimpiadası keçirilir - FOTO

Bakıda V Robot Olimpiadası keçirilir - FOTO

Hazırda oxunan: Bakıda V Robot Olimpiadası keçirilir - FOTO
95580
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda V Robot Olimpiadasının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva, iştirakçı komandalar, komandalarda yarışan uşaqların valideynləri və tamaşaçılar iştirak edib. 

İlk olaraq Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. 

Tədbirin açılış nitqini edən Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərə uğurlar arzu edib. 

İ. Hacıyeva əlavə edib ki, savadlı Azərbaycan gəncliyinin yetişməsi dövlətin marağında olan əsas məsələlərdəndir:

"İlk dəfə bu olimpiyadada 20 nəfər iştirak edirdi. İndi isə iştirakçı komandaların sayı 6 dəfə artaraq 124 olub". 

Daha sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Rauf Cabbarov çıxış edib. O bildirib ki, bu yarışın keçirilməsində əsas məqsəd gələcək üçün savadlı kadrların artırılmasıdır:

"Əsas məqsədimiz gələcəkdə texnologiyanı bilən savadlı kadrlar hazırlamaqdır. Qələbə isə yalnız bu gün üçün lazımdır. Valideynlərdən də xahiş edirik ki, övladlarına dəstək olsunlar, onları sıxmasınlar. İştirakçılara isə demək istəyirəm ki, qalib gəlməsəniz də ruhdan düşməyin". 

Daha sonra isə tədbir müxtəlif aviaşouların keçirilməsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO