Basarkeçərin Zod kəndində beş gündür işıq yoxdur - SAKİNLƏR KÖÇÜB

Basarkeçərin Zod kəndində beş gündür işıq yoxdur - SAKİNLƏR KÖÇÜB

Hazırda oxunan: Basarkeçərin Zod kəndində beş gündür işıq yoxdur - SAKİNLƏR KÖÇÜB
94411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Beş gündür ki, Basarkeçər rayonunun Zod kəndində işıq yoxdur. Sentyabrın 13-nə keçən gecə təkcə elektrik naqilləri deyil, qaz xətti də zədələnib. Kabellərin bərpasına başlanılıb, qaz xəttinin təmirinə isə hələ başlanmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə xatırladır ki, Zod kəndi bölgədə ən çox zərər çəkmiş yaşayış məntəqəsidir. Çünki burada hərbi hissəyə bitişik olan bir çox evlər qismən dağılıb, indi yaşayış üçün yararsızdır.

Həmin evlərin sakinləri müvəqqəti olaraq başqa kəndlərdəki tanışlarının, dostlarının evlərində yaşayırlar. Döyüşlərlə əlaqədar qadınlar və uşaqlar təxliyə edilib, atəşkəsdən sonra kəndə geri dönənlər olmayıb.

Zodda hələ də məktəb, uşaq bağçası və mağazalar bağlıdır. Üç gündür ki, atəş dayansa da, sakinlər hələ də qeyri-müəyyənlik hiss edirlər. Səhərlər kəndə gedib, mal-qaranı yedizdirirlər, axşam isə yola düşürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO