“Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib” - DSX 

“Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib” - DSX 

Hazırda oxunan: “Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib” - DSX 
93930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. 

Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. 

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar. 

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu; 

baş gizir Məmmədov Azər Mustafa oğlu; 

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu; 

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu; 

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu; 

kiçik gizir Babazadə Elşən Sahib oğlu; 

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu; 

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu. 

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

Bizim.Media

“Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib” - DSX  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO