Məktəblini döyən Rasilə Əliyevanın növbəti MƏHKƏMƏSİ ilə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Məktəblini döyən Rasilə Əliyevanın növbəti MƏHKƏMƏSİ ilə bağlı YENİ XƏBƏR 

93397

Lənkəranda məktəbliyə zorakılıq etməkdə ittiham olunan İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Bizim.Media xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlərin bir qismi iştirak etmədiyindən proses növbəti həftəyə təyin olunub.

Qeyd edək ki, ötən hazırlıq iclasında iş üzrə ilkin dinləmələr keçirilib. Prosesdə istintaqın gedişi zamanı təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barəsində qətimkan tədbiri seçildiyi elan olunub. Dövlət ittihamçısı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını bildirərək işin baxışa təyin olunmasını istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rasilə Əliyevanın döydüyü yeniyetmə Psixi Sağlamlıq Mərkəzinə YERLƏŞDİRİLDİ 


Məhkəmə prokurorun vəsatətini təmin edib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

Lənkəran Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, istintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO