Nazirlikdən valideynlərin təşkil etdiyi səfərlərlə bağlı AÇIQLAMA 

Nazirlikdən valideynlərin təşkil etdiyi səfərlərlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Nazirlikdən valideynlərin təşkil etdiyi səfərlərlə bağlı AÇIQLAMA 
92979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər üçün yay düşərgələrinin təşkili aktual deyil.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin idman sektorunun müdiri Hilal Salmanov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, nazirlik sadəcə bu düşərgələri təşkil edən təşkilatlarla əməkdaşlıq edə bilər:

“Düşərgəni təşkil etmək üçün yer, baza olmalıdır. Nazirliyin hazırda belə imkanları yoxdur. Onu qeyd edim ki, bu il şəhid övladları üçün bir sıra düşərgələr təşkil olunmuşdu. Amma bunu müvafiq qurumlar və ya qeyri-hökumət təşkilatları həyata keçirmişdi. Biz sadəcə əməkdaşlıq çərçivəsində onlara dəstək vermişdik”.

Hilal Salmanov ayrı-ayrı valideynlər tərəfindən təşkil olunan səfərlər zaman baş verən qəzalara da münasibət bildirib:

"Dərsdən sonrakı fəaliyyətdə hər kəs azaddır. Valideynlərin bir-biri ilə əlaqələri var. Sadəcə biz tövsiyə edirik ki, belə hallar olmasın. Nazirlik özü belə tədbirlər təşkil edəndə aidiyatı qurumlarla əməkdaşlıq edir ki, xoşagəlməz hallar yaşanmasın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO