
- A-
- A
- A+
Lerik qəzasında ölənlərin sayı 8-ə çatdı – 10 yaralı var
Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Boladı kəndindən mikroavtobusla Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
Bizim.Media xəbər verir ki, qəza yerinə FHN əməkdaşları da gəlib.
MÖVZU İLƏ BAĞLI:
Lerikdə turist avtobusu qəzaya düşdü - 5 ölü, 10 yaralı var
Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, ölənlərin sayı 8-ə çatıb, 10 nəfər yaralı var.
Yaralananların bəzilərinin adı açıqlanıb:
Seyyadov Səyyad Hacıbala oğlu (sürücü),
Nərimova Nazilə Ağaəli qızı,
Fərəcova Şərafət Ənvər qızı,
İbrahimova Əsmət Ağababa qızı,
Qurbanova Güllər Məmmədağa qızı.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































