
- A-
- A
- A+
XƏBƏRDARLIQ: Əksər çaylarda sululuq artacaq
Hava şəraitinin uzun müddət yağmursuz və quraq keçməsi, eyni zamanda, su səthində buxarlanmanın artması nəticəsində tranzit çaylarda sululuq normadan 47, yerli çaylarda isə 20 faiz aşağı olub.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































