
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 03.09.2022
1 dəq oxunma
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
91818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi haqqında məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bununla bağlı facebook səhifəsində məlumat paylaşıb.
Hadisənin paytaxtda, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alındığı deyilir.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, baş verənlərlə bağlı araşdırmalara başlanılıb.
Səkinə Yusibli, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































