İran sərhədində 10 kq narkotik götürülüb - FOTO

İran sərhədində 10 kq narkotik götürülüb - FOTO

Hazırda oxunan: İran sərhədində 10 kq narkotik götürülüb - FOTO
90918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqust ayının 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.
 

MÖVZU İLƏ BAĞLI:

DSX Azərbaycan-İran sərhədi ilə bağlı MƏLUMAT YAYDI


Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

İran sərhədində 10 kq narkotik götürülüb - FOTO - foto 1
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO