Qarabağda bu gün ermənilərə meyit axtarmağa icazə verilmədi – 20 Yanvara görə

Qarabağda bu gün ermənilərə meyit axtarmağa icazə verilmədi – 20 Yanvara görə

Hazırda oxunan: Qarabağda bu gün ermənilərə meyit axtarmağa icazə verilmədi – 20 Yanvara görə
9051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın işğaldan azad edilən rayonlarında bu gün rəsmi Bakının qadağası səbəbindən erməni cəsədlərinin axtarış işləri aparılmayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.

"Dedilər ki, 1990-cı ilin yanvar hadisələrinin Bakıda ildönümü qeyd edilir, ermənilər onların ərazisinə daxil olmasınlar", deyə mənbə yazıb.

Dünən isə axtarış işləri Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan və Ermənistanın Sünik vilayətindəki Mehri şəhərinin keçmiş inzibati ərazisində həyata keçirilib.

Nəticədə Cəbrayılda bir erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb, onun şəxsiyyətinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza təyin edilib.

Noyabr ayında axtarış işlərinin başlanmasından bəri, son döyüş zonasında 1 247 hərbçinin və mülki şəxslərin cəsədləri və qalıqları aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO