Azərbaycanda satılan lüks AVTOMOBİLLƏR

Azərbaycanda satılan lüks AVTOMOBİLLƏR

Hazırda oxunan: Azərbaycanda satılan lüks AVTOMOBİLLƏR
88899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin birinci yarısında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Apa.az avtomobil bazarından əldə edib.

Mənbə qeyd edir ki, 6 marka üzrə satışların ümumi sayı 562 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.

“Mercedes” bu ilin ilk yarısında 191 ədəd satışla bazar üzrə liderliyini (34% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 30% azalıb. Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (185 ədəd) siyahıda ikinci olub.

Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 42%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 31% azalaraq 135 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin birinci yarısında Azərbaycanda 196 avtomobil sata bilmişdi.
Bu dövrdə “Audi”nin satışları 12,6% artaraq 98-ə, “Land Rover”in satışları 16,2% artaraq 86-ya, “Porsche”nin satışları isə 35% artaraq 58 ədədə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO