
- A-
- A
- A+
Quba sakini Xaçmazda öldü - YENİLƏNİB
Xaçmazda tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxsin Qubanın Zərdabi qəsəbə sakini, 62 yaşlı Fətəli Məhəmməd oğlu Sədəfi-Həziyev olduğu təsdiqlənib.
İran əsilli vətəndaşın infarktdan dünyasını dəyişdiyi deyilir.
Xaçmaz rayon prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.
11.02***
Xaçmaz şəhərində təxminən 60 yaşlı kişi meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Tapılan naməlum kişi meyitinin Quba sakini olduğu deyilir.
Xaçmaz rayon polis şöbəsinin əməkdaşları mərhumun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































