Paytaxtın bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq

Paytaxtın bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq

Hazırda oxunan: Paytaxtın bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq

86975

Avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00–a qədər Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO