FHN-nin informasiya sistemləri ilə bağlı YENİLİK

FHN-nin informasiya sistemləri ilə bağlı YENİLİK

Hazırda oxunan: FHN-nin informasiya sistemləri ilə bağlı YENİLİK
86290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya ediləcək dövlət qurumlarının informasiya sistemlərinin sayı artırılıb.

Bizim.Media-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) informasiya sistemləri və ehtiyatları MEİS-ə inteqrasiya ediləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir.

MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.

MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO