Bakıda avtomobillər toqquşdu - Ölən və yaralanan var 

Bakıda avtomobillər toqquşdu - Ölən və yaralanan var 

Hazırda oxunan: Bakıda avtomobillər toqquşdu - Ölən və yaralanan var 
86009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var. 

Bizim.Media xəbər verir ki, hadisə iyulun 28-də paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində qeydə alınıb. 

Report.az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Əhmədov Böyükkişi Hökümxan oğlu idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 1997-ci təvəllüdlü Əliyev Ümid Elçin oğlu idarə etdiyi "Mitsubishi Lancer" markalı maşınla onun qarşısına köməkçi yoldan çıxıb.

Nəticədə Ü.Əliyev və onun yanında olan sərnişin Emin Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq müalicə olunmaları üçün xəstəxanaya aparılıb. Lakin Ü.Əliyev aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində ölüb. 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi 
başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO