Cəlilabadda iki nəfərin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA  

Cəlilabadda iki nəfərin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA  

Hazırda oxunan: Cəlilabadda iki nəfərin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA  
84942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 22-si saat 04 radələrində Cəlilabad rayon sakinləri 1992-ci il təvəllüdlü Könül Şahmarova və 1985-ci il təvəllüdlü Ruslan Qarayevin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Cəlilabad rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Elşən Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qardaşı arvadı Könül Şahmarovanı, daha sonra isə həmin bıçaqla sonuncunun yaşadığı evdə olan Ruslan Qarayevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda iki nəfər qətlə yetirilib


Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

İş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO