Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO

Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO

Hazırda oxunan: Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO
82317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 24-də Ağsu şəhəri, Cavanşir küçəsində yanğın hadisəsi baş verib.

Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO - foto 1
Ağsuda sərxoş şəxs yanğın törətdi - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO