Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir

Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir
80300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir. 

Gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. 

MN-dən Bizim.Media-ya verilən xəbərə görə, təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir. 

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir - foto 1

Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub. 

Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO