Gələn həftə havanın temperaturu bir qədər yüksələcək - RƏSMİ

Gələn həftə havanın temperaturu bir qədər yüksələcək - RƏSMİ

Hazırda oxunan: Gələn həftə havanın temperaturu bir qədər yüksələcək - RƏSMİ
79949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib.

Bizim.Media xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

"Bu cür istilərin ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər. Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək", - U.Tağıyeva vurğulayıb.

Xidmət rəisi qeyd edib ki, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

U.Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO