Sənədsiz evlərin SAYI – Onların cəmi 10-15 faizi sökülə bilər

Sənədsiz evlərin SAYI – Onların cəmi 10-15 faizi sökülə bilər

Hazırda oxunan: Sənədsiz evlərin SAYI – Onların cəmi 10-15 faizi sökülə bilər
78277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kommunikasiya xətlərinin üstündə və yaxınlığında yerləşən sənədsiz evlərin sayı çox deyil, sənədsiz evlərin ümumi sayının 10-15 faizi civarındadır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkədə mövcud olan sənədsiz evlərin nə qədərinin kommunikasiya xətləri və yollarının üzərində olduğu sualına cavabında deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Sənədsiz evlərin dövlət qeydiyyatına alınmasına BAŞLANILDI - VİDEO


“Ölkədə sənədsiz evlərin sayı barədə aşağısı 350 min, yuxarısı isə 550 min olmaqla müxtəlif rəqəmlər səsləndirilir. Bu da kifayət qədər böyük rəqəmdir. Sənədsiz evlərin içərisində hündür mərtəbəli binalar da var. Bir çox binalara çıxarış verilməsi mümkün olmur”. 

Ekspert qeyd edir ki, kommunikasiya xətləri üzərindəki sənədsiz evlər sökülsə də, bütün hallarda onun sahiblərinə kompensasiya ödənilməlidir:

“Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, hansısa şəxs qaldığı mənzildə kommunal ödənişləri edir və dövlət də onu qəbul edirsə, artıq onların mülkiyyət hüququ yaranır. Çıxarışın olub-olmamasından asılı olmayaraq sənədsiz evlərin hamısına birdəfəlik əmlak amnistiyası elan olunmalıdır.

Kommunikasiya xətlərinin üstündə, yanında olan sənədsiz evlərlərin sökülməsi qərarı çıxsa da, həmin şəxslərin də mülkiyyət hüququ tanınmalı, onlara kompensasiya ödənilməlidir. Çünki dövlət şirkətləri onlardan kommunal ödənişlər alıbsa, deməli defakto olaraq belə yerlərdə yerləşən sənədsiz evlərin də mülkiyyət hüququnu tanıyıblar”.    

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO