
- A-
- A
- A+
Cəmiyyət
22:17 / 06.06.2022
1 dəq oxunma
Gəncədə məktəbin həyətində kişi meyiti aşkarlandı
Hazırda oxunan: Gəncədə məktəbin həyətində kişi meyiti aşkarlandı
77997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gəncə şəhərindəki Gülüstan qəsəbəsində yerləşən 12 saylı orta məktəbin həyətində meyit aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-ya bildirdiyinə görə, aşkar olunan meyit 35-40 yaşında kişiyə aiddir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. İlkin versiyaya görə mərhum öz əcəli ilə dünyasını dəyişib.
Faktla bağlı araşdırmaaparılır.
Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































