Zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır? - BŞTİ açıqladı

Zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır? - BŞTİ açıqladı

Hazırda oxunan: Zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır? - BŞTİ açıqladı
77015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 

Bizim.Media-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur. 

"Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır.

Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik. Sadəcə olaraq bəzən valideynlər seçimi düzgün etmirlər.

Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də, həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər" - deyə, Mehriban Vəliyeva bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO